HandWeb – Onlayn Handmade Məhsulları Platforması
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Product Description
Mən Gülnar Abayeva. Azərbaycan Dillər Üniversitetinin 3-cü kurs tələbəsiyəm. İxtisasım İngilis dili müəllimliyidir.Bu günə kimi mən bir çox layihələrdə və təşkilatlarda (GİKM, Sabunçu Gənclər Evi, Binəqədi Gənclər Evi, AEGEE Baku) könüllü kimi fəaliyyət göstərmişəm. Bundan başqa, karyera quruculuğu, Edu Hub və GİKM’in birgə təşkil etdiyi layihədə layihə rəhbəri olaraq komandamla birlikdə öz layihəmizi — ‘’Bərabər imkanlar’’ layihəsini həyata keçirmişik. KOBİA tərəfindən keçirilən ”İdeyadan Uğurlu Biznesə” startap müsabiqəsində rəhbəri olduğum komandamla bərabər ”ALS” layihəmiz 1 ci yerə çıxmışdır.
Mənim ən böyük məqsədim cəmiyyəti düşünən və cəmiyyətə fayda verən bir biznes (sosial biznes) qurmaqdır. Mənim fikirimcə, cəmiyyətdə həll edilməyə ehtiyacı olan bir çox problemlər var. Müşahidələrimə əsasən, onlardan biri də əl işi (handmade) məhsulların satışıyla bağlı olan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün belə bir layihə irəli sürmək qərarına gəldim.
Problem:
Hal-hazırda ölkəmizdə müxtəlif növ əl işi (handmade) məhsullarının hazırlanması və istehsalı artıb. Lakin buna baxmayaraq, istehsal artsa da məhsulların satışı zəifdir. Bunun müxtəlif səbəbləri var: İstehsalçıların satış, marketing biliklərinin zəif olması, hədəf kütlələrini doğru bəlirləyə bilməməsi və.s Digər bir səbəb, handmade məhsullarinin yetərincə tanınmamasıdır. Bildiyimiz kimi, handmade məhsullarinin satışı həyata keçirənlər ya instagram səhifəsi üzərindən satış edirlər, ya da məhsullarını ancaq yaxınlarına sata bilirlər. Bir başqa yöndən, handmade məhsullarının satışı olacaq ümumi bir platformanın yoxluğu problemidir.
Layihə haqqında:
Layihənin adı: Handweb
Handweb – layihəsinin əsas məqsədi ölkədə hər növ handmade məhsullarının bir yerə toplanacağı platformanın yaradılması və məhsullarının satışını asanlaşdırmaqdır. Həmçinin də bu platformanın digər məqsədi, buradan əldən edilən gəlirlə handmade məhsullarının satışını həyata keçirən şəxslərin marketing savadlılığını artıracaq təlimlərin təşkil edilməsidir. Layihədən faydalananlar, handmade məhsullarının satışını həyata keçirənlər olacaqdır, həmçinin də müştərilər. Qeyd etdiyim kimi müştərilər də istədikləri məhsulları rahatlıqla bu platforma üzərində seçib sifariş edə bilərlər. Müxtəlif növ handmade məhsullar kateqoriyalara bölünərək bu platformaya yerləşdiriləcək. Bu layihə vasitəsilə , handmade məhsullarının satışının artırılmasını və bununla da bu sahə üzrə fəaliyyət göstərən şəxslərə dəstək olmaq və müştərilərin də istədiyi məhsulları həm ölkə daxilindən, həm də ölkə xaricindən rahat şəkildə sifariş edib əldə etməsini qarşımıza məqsəd qoymuşuq.
Öncəliklə bu layihənin reallaşması üçün ilk addım platformanın (web saytın) qurulmasıdır. Bununla bağlı bizim aşağıda qeyd etdiyimiz resurslara ehtiyacımız var.
Lazım olan resurslar:
- Platformanın qurulması – 3500-4000 AZN (Developer, Front end – Back end developer UX/Uİ dizayner xərclərini qarşımaq üçün )
- Sosial Sahibkarlıq baxımından Mentor dəstəyi.
- İlkin Marketing və Pr dəstəyi
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |












Rəylər
Hələ ki, rəy yoxdur.