Velo Bərbər ( Səyyar Bərbər Xaçmaz)

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Partnyor Ol

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: Etibar
12 Layihə | 0 Favorit

Salam, Mən – Novruzəliyeva Leyla Malik qızı 33 yaşım var və 5 ilə yaxındır  ki, Velo Bərbər ( səyyar bərbər ) xidməti ilə məşğulam.  Evdən, işdən çıxa bilməyən  azyaşlı övladlari olan,xəstə yatağında olan bəylər və xanımlara xidmət göstərirəm,lakin tək işlədiyim və 3 övladımı  tək böyütdüyüm üçün gəlirlərim məni qane etmir . Ona məqsədim özümə aid bir gözəllik-bərbər  salonu açmaqdır. Lakin bu o demək deyil ki, mən salon xudmətlərindən yararlana bilməyən müştərilərimi göz ardı edəcəm, bizim salon həm də səyyar xidmətlərinə davam edəcək .

Bu məqsədi reallaşdırmaq üçün 2022ci ilin fevral ayında “Yerli Təşəbbüslər üçün Kanada Fondu” proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və  NAYORA- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsinə  öz layihəmlə  qoşuldum və layihə çəirçivəsində  sosial sahibkarlıqla bağlı təlimlər və mentor dəstəyini aldım və 8 günlük təlimlər əsnasında ideyamı daha da təkmilləşdirərək  Xaçmaz  rayonu üzrə “Velo Bərbər” layihəm qalib seçildi. Və 1300 AZN dəyərində salon üçün lazımi avadanlıq  resurs dəstəyi qazandım.

Salonumuzun təşkili üçün ilk addım olaraq məkan seçilib və arendaya götürülüb və iki işçı xanım işə göturməyi planlayıram . lakin əldə etdiyim resurslar məkanın tam faəliyyət göstərməsinə  kifayət etmədiyi üçün  aşağıda qeyd olunan  resurslara ehtiyacım var.

  1. Gözləmə divanı
  2. Manükür lampası
  3. Dəsmal asan
  4. Uklatka üçün stul
  5. Salonun üstünə tabel
  6. .Salonun  rənglənməsi
  7. Şkaf ( əşyaları yığmaq üçün)
  8. İnternet çəkilişi
  9. icarə müqaviləsi
  10. Promosyon materialları(vizitkart, buklet)
  11. Divara yapışdırilan rəf

 

Ümumi 1990 manat dəstəyə ehtiyacım var

Xərclər barədə aşağıdakı linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.

Velo Bərbər Xərclər

Ona görə bu mövzuda siz – Dəstəkçilərin dəstəyini gözləyirəm. Dəstəyi necə edə bilərsiniz?

  • Fərd , Təşkilat və ya Şirkət olaraq fiziki resurslarla (avadanlıq dəstəyi ilə)
  • Maliyyə resusrsu ilə

 

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review “Velo Bərbər ( Səyyar Bərbər Xaçmaz)”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com