Dəstəkçi - resurslara ehtiyacı olan şəxs, təşkilat və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq dəstəkçiləri( fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə bir araya gətirən sosial sahibkarlıq layihəsidir.

 

Dəstəkçi öz layihəsinə resurs tapmaqda çətinlik çəkən sosial, sosial sahibkarlıq, fərdi şəxslər və təşəbbüs qrupları üçün onlayn platforma vasitəsilə daha asan və axtardırdığı resursları bir yerdən, rahat şəkildə əldə etməyə kömək edir.

 

  1. İdeyası və ya layihəsi olub resurs çatışmazlığından fəaliyyətə başlaya bilməyənlərə resurs əldə etməkdə köməklik
  2. İdeyası olub təkbaşına faəiyyətə başlaya bilməyənlərə komanda yoldaşı tapmaqda köməklik
  3. Layihəsi olub ancaq partnyorsuz faəliyyətə başlamaqda çətinlik çəkənlərə partnyor tapmaqda köməklik
  4. Dəstək vermək istəyən şəxs və şirkətləri dəstəyə ehtiyacı olan təşəbbüs sahiblari ilə əlaqələndirmək
  5. Ölkə daxilində, onlayn şəkildə və xaricdə könüllü olmaq istəyənlərə könüllük elanlarını bir yerdən tapmağa kömək etmək

Dəstəkçi layihəsinin əsas məqsədi insanları bir-birinə yardım etməyə təşviq etmək. Cəmiyyətdə dəstək mədəniyyətini inkişaf etdirmək və sosial və sosial sahibkarlıq layihələri, fərdi şəxs və təşəbbüs qruplarının cəmiyyətdə sosial təsirinin genişləndirilməsində onlara dəstək olmaqdır.

Bizlər ancaq cəmiyyət olaraq bir-birimizə dəstək göstərməklə daha çox inkişaf edəcəyimizə, ən sadəsindən tutmuş, ən mürəkkəb problemlərin üstəsindən gələcəyimizə inanırıq. Bizim üçün cəmiyyətin inkişafına gedən ilk yol birlikdəlik yoludur. Biz cəmiyyət olaraq bir - birimizə dəstəyimizlə daha yaxşı bir gələcək dizayn edə bilərik.

 

Dəstəkçi,

 

Dəstəyinlə Fərq Yarat