10 Addımda Sosial Biznesin Qurulması
10 addımda sosial biznesin dünyanı dəyişdirən axınına hələ də qoşulmamısan?
Elə isə indi burdan başla.
Gəlin düşünək ki, sizin dünyanı daha yaxşı bir yer edə biləcək bir ideyanız var. Daha da maraqlısı bundan pul qazana biləcəyinizi belə xəyal edirsiniz. Amma bu hələ də xəyal olaraq qalıbsa, burada sizin üçün ən faydalı ola biləcək suala cavab tapacayıq. Xəyalınızda canlandırdığınız ideyanı, həqiqi bir sosial biznesə necə çevirmək olar?
Əziz təşəbbüskarlar, qurmaq istədiyiniz sosial biznesə addım-addım yaxınlaşmağın vaxtıdır.
1.Ev tapşırığınız nədən ibarətdir?
Əziz təşəbbüskarlar, sosial biznes ilə o qədər də yaxın tanış deyilsiniz.Elə deyil? Elədirsə narahat olmayın, bu işdə tək deyilsiniz.Sosial sahibkarlar çox vaxt öz sosial bizneslərini izah etməyə çalışanda sual dolu baxışlarla qarşılaşırlar.Buna baxmayaraq bu mövzuda yararlana biləcəyiniz və öyrənə biləcəyiniz çoxlu mənbələr var.
2.Sosial biznesiniz üçün satış bazarınızı müəyyənləşdirin.
İlk olaraq deməliyik ki, sosial bizneslər hər hansı bir xidməti və ya məhsulu satmaqla gəlir əldə edilən biznes sahəsi ilə məşğul olurlar. Fikirləşirsiniz ki, siz sosial problerlərə həll yolu tapmaq üçün kifayət qədər istəklisiniz.Amma bu istəyiniz maddi cəhətdən qarşılanmadığı zaman sosial biznesiniz sözün həqiqi mənasında həyata tutunmağı bacarmayacaq.
Bu məsələ ilə bağlı nəzərə almalı olduğunuz bir sıra məqamlar var:
1.İlk olaraq müəyyənləşdirməlisiniz ki, sizin təklif etdiyiniz məhsulu kim alacaq?
2.Məhsulunuzu irəli sürdüyünüz satış bazarında vəziyyət necədir? İrəli sürülən layihələrin sayı nə qədərdir?
3.Rəqabət nə dərəcədədir və sizin rəqiblərinizdən fərqiniz nədir, önə sürdüyünüz müxtəliflik nədən ibarətdir?
Əgər siz irəli sürdüyünüz məhsulun bir müştərisi olduğuna inanırsınızsa, deməli onun bir satıcıya da ehtiyacı olacaq. Beləki hərtərəfli daxil ola biləcəyiniz bir bazar yerinin tapılması çox mühim məsələdir və ən əsasıda siz bu boşluğu doldurub-doldura bilmədiyiniz barəsində özünüzə nə qədər dürüst davranırsınız.
Elə isə bu haqda düşünməyin vaxtı gəlib çatmışdır.
3.Məsləhət almağa çalışın.
Sosial sahibkarlar arasında bir qədər mentalitet təfəkkürü mövcuddur. Sosial bizneslə məşğul olmağın yollarını tapdıqları zaman, onlara şübhə ilə yanaşanları çevirməyin yolların yaxşı bacarırlar.Yadda saxlamalı olduğunuz əsas məsələlərdən biridə budur ki, onlar vaxt tapdıqları zaman sizə özlərinin bu işə necə başladıqları, necə bacardıqları haqqında məlumat verməkdə istəklidirlər.Bəs bu halda biz nə edə bilərik?
Hər bir sahədə olduğu kimi çox çalışmaq uğurun ən önəmli amillərindəndir, bu səbəbdən də sosial sahibkarlar uğur əldə etmək üçün çox çalışmaq məcburiyyətində qalırlar.Məsləhət vermək üçün vaxt yaratmaqda çətinlik çəkmək bu hallarda rastlana bilər.Siz isə bu məsələni onlar üçün asanlaşdırmağa çalışmalısınız.Onlara yox deyəməyəcəyi bir təkliflə getmək sizcə necə olardı? “15 dəqiqləyinə kofe içmək istəyərdinizmi? “ sualı gününüzü xilas edə bilər.Bilmək olmaz, bəlkə də indi verdiyiniz bu sadə sual sizə əvəzolunmaz bir mentor qazandıra bilər.
O zaman, məsləhət ovuna çıxmağın elə əsl vaxtıdır, əziz yenilikçilər.
4.Aydın və anlaşıqlı sosial missiyaya sahib olmaq.
Sosial bizneslə məşğul olduğunuz zaman hansı misiyanı yerinə yetirməyiniz ilə bağlı daima suallarla qarşılaşacaqsınız.İnvestorların axtardıqları hər zaman maliyyələşdirdikləri sosial dəyişiklik haqqında əmin olmaqdır, müştərilər isə sizin digər alternativlərdən nə fərqiniz olacaq, ona nəzər yetirirlər.
Əlavə olaraq, siz əgər sosial biznesinizi ictimai maraqlar üzərinə qurmağı planlaşdırırsınızsa(sosial sahibkarlığın ən çox yayılmış formalarından hesab olunur), ən önəmli məsələ burada sosial misiyanızın sənədləşdirilməsdir ki, tənzimediciləri qane edə biləsiniz.Misiyalarınız haqqında dəqiq məlumatlara sahib olmağa çalışın.Özünüzə sual verin ki, sosial misiyanız həqiqətən anlaşıqlı və başa düşüləndirmi?
Suallarınızı cavablandırın və uğurlu sosial biznesə bir addım daha yaxınlaşın.
5.Maliyyə dəstəyini müəyyən edin.
Sosial təşəbbüsünüzü necə maliyyələşdirə bilərsiniz? Əgər öz layihəniz ilə bağlı hər hansı bir grant qazana bilməmisinizsə, ümidsizliyə qapılmağın yeri yoxdur.Əmin olun ki, bəzi şirkətlər layihənizə inandıqları təqdirdə sizə maliyyə yardımı göstərməkdə istəkli olacaqlar.
Maliyyə məsələsi ilə bağlı digər önəmli nüans, planlamanın aparılması olacaq.Sosial biznesiniz zamanı hansı xərclər ilə qarşılaşa bilərsiniz-ofis kirayələməyə ya materiallara mı ehtiacınız var? Bununla yanaşı, insanların sizin məhsullarınız üçün nə qədər məbləğ ayırdığını düşünürsünüz? Bu tipli nümunə suallar bu mərhələdə sizi izləyən bələdçi rolunu oynamalıdır.
Əgər maliyyə hesablarınız haqqında əmin deyilsinizsə, bu zaman sosial ətrafınızı işə salmağın vaxtıdır.Özünüzə bu sualı verin, bəlkə də siz yaxşı bir mühasibatçı,maliyyə meneceri və ya məsləhətçi tanıyırsınız? Siz həmçinin bizim digər məqalələrimizdə müxtəlif məsləhətlərlə də tanış ola bilərsiniz.
Əziz yenilikçilər, düzgün qərarı verməklə bir addım daha atdınız.
6.Rəsmiləşdirməyə çalışın.
Gəlin razılaşaq ki, hamımız rəsmi formada olan sosial bizneslərə daha çox güvənirik.Nə qədər çaşdırıcı da olsa rəsmi formalı sosial bizneslər daha çox göz önündə olur.Qurduğunuz sosial biznes birbaşa ödədiyiniz əməkhaqqında da təsir edir.Əgər sosial biznesinizin uğursuzluqla nəticələnə biləcəyini də nəzərə alsaq, sizə almağa icazə verilən investisiya eyni zamanda sizin maliyyə məsuliyətinizi diqqətlə müəyyən etmək vacibdir.
Səslənməsi bir qədər çaşdırıcı gəlsə də, sosial sahibkarlıq müəssisələrinə məsləhətlər təklif edən bir sıra rəsmi qurumlar mövcuddur.
7.Hələ də özünüzü reklam etməyə başlamamısınız?
Bir məhsulu axtarakən ilk nə ilə qarşılaşırsınız? Məhsulu almaq üçün ən cəlbedici üsul nə ola bilər sizcə? Əlbəttə ki, reklam.Bizim hal-hazırda yaşadığımız bu rəqəmsal dünyada özünü tanıtmağın ən məşhur forması elə sizin də düşündüyünüz kimi online platformalardır.Bir vebsayt qurmaq ən uğurlu başlanğıc hesab oluna bilər.Əgər bu saytın dizaynını qurmaq üçün müəyyən büdcə problemləri ilə üzləşirsinizsə, o zaman narahat olmağa ehtiyac yoxdur.Siz özünüzü tanıtacaq online platformaya öz saytınızı qurmaqda sizə xidmətlər göstərən veb kompaniyalar vasitəsi ilə nail ola bilərsiniz.Əziz təşəbbüskarlar, sizin bu zaman texniki biliyə ehtiyacınız qalmır.
Wix və Squarespace kimi vebsaytlar vasitəsi ilə bu problemlərinizi aradan qaldıra bilərsiniz.
Elə isə özünüzü tanıtmaq üçün sadəcə növbəti addımı atmaq qalır.
8.Sosial biznes planınızı qeyd edin.
Sosial biznes planı sizinlə bağlı soruşulacaq sualların cavablarını özündə əks etdirəcək.Bəs bu plan nə deməkdir?
Əziz təşəbbüskarlar, bu planı bir ev kimi düşünün, idealarınız və atmaq istədiyiniz addımlar isə bu evin əşyaları.Bu planda etmək istədiklərinizi qeyd edirsiniz, ən əsasıda hər hansı bir şey səhv getdikdə “evinizin əşyalarının” yerini dəyişdirmək mümkündür.
Hər hansı bir şəxs sizin sosial biznesiniz ilə maraqlanırsa (çox vaxt bunları investorlar təşkil edir) sizin biznes planınıza bir göz atmaq istəyəcəkdir.Mükəmməl olub-olmamağından asılı olmayaraq belə bir plana sahib olmaq çox önəmlidir.
Elə isə evinizi və əşyalarını qurmağa ididən başlayın.
9.Fərqli olduğunuzu sübut etməyə çalışın.Müxtəlifliyinizi danışdırın.
Təsirinizi ölçmək sosial biznesinizin xarakterindən asılı olaraq çətinləşə bilər.Məsələn siz, mental olaraq sağlamlığı necə ölçə bilərsiniz,heç bu haqda düşünmüsünüz mü? Amma məşğul olduğunuz sosial biznes və etmək istədiyiniz dəyişikliklər haqqında təsirli bir informasiyanın verilməsi sizin sosial biznesinizin təsirini ölçə bilər.Əgər bunu bacardınızsa və müsbət geridönüşlər almısınızsa, bu o deməkdir ki, siz, həm investorların həm də müştərilərin diqqətini cəlb etməyi bacarmısınız.
Bu zaman əziz təşəbbüskarlar, ideanız həqiqətəndə mükəmməldir.
10.Bizimlə öyrənməyə və təcrübənizi qazanmağa başlayın.
Sosial sahibkarlıq müəssisəsi olaraq müxtəlif layihələr zamanı təşəbbüskarlarımıza lazimi dəstəkləri verməyə çalışırıq.Bizimlə birlikdə müxtəlif idealarınızı həyata keçirə bilərsiniz.
İdeanız varsa, deməli dəstəkçiniz var.
Müəllif: Fatimə Hidayetova