Sosial Sahibkarlıq Tarixinin Ən Görkəmli Simaları.

Sosial Sahibkarlıq Tarixinin Ən Görkəmli Simaları.

Sosial sahibkarlıq son illərdə getdikcə populyarlaşsa da , sosial sahibkarlar onilliklər ərzində öz təsirini göstəriblər. Bu gün tarixdə ən görkəmli üç sosial sahibkara nəzər salacayıq.

 

Bill Drayton

Bill Drayton sosial sahibkarlıq termininin populyarlaşdıran əsas şəxslərdən biri hesab olunur. 1980-ci ildə o, sosial sahibkarlara yardım edən “Aşoka” təşkilatını yaratdı. “Aşoka” təşkilatının təqaüdçüləri sosial müəssisələrinin yaşayış xərclərini maliyyələşdirmək üçün təşkilatdan təqaüd alırlar. Nəticədə, təqaüdçülər yalnız öz müəssisələrini özünü təmin edə biləcək bir nöqtəyə çatdırmağı bacara bilirlər.

 

Məhəmməd Yunus

Məhəmməd Yunus mikrokredit və mikromaliyyənin qabaqcıl simalarındandır.Məhəmməd Yunusun yaratdığı “Grameen Bank” Banqladeşdəki yoxsul insanlara heç bir girov olmadan kredit almağa icazə verən bir bankdır. Adətən, bu şəxslər heç bir krediti geri qaytara biləcək vəziyyətdə olmurlar. Bununla belə, GB-nin köməyi ilə onlar yeni biznes ideyalarını həyata keçirə və ya hazırkı bizneslərini genişləndirə bilirlər.Məhəmməd Yunus 2006-cı ildə fəaliyyətlərinə görə “Nobel Sülh” mükafatına layiq görülmüşdür.

 

Scott Harrison

Scott Harrison on il klub təşviqatçısı kimi işləyib. Uruqvaya səfərindən sonra o, dünyada dəyişiklik etmək istədiyini anlayır. Harrison, Mercy Ships-də iki il könüllü olaraq çalışdıqdan  sonra 2006-cı ildə “Charity: Water” təşkilatını yaratmaq qərarını verir. “Charity: Water”(Xeyriyyə:Su)- “dünyada dayanıqlı, icmaya məxsus su layihələri” yaratmağa diqqət yetirir. Təşkilat bildirir ki-“Su çirkli olanda xəstəliklər çoxalır və insanlar təmiz su axtarışına daha çox vaxt sərf etməlidirlər”

Şərh əlavə edin

Your email address will not be published.