UĞURLU STARTAP QURMAQ ÜÇÜN 5 ÖNƏMLİ MƏSLƏHƏT

UĞURLU STARTAP QURMAQ ÜÇÜN 5 ÖNƏMLİ MƏSLƏHƏT

UĞURLU STARTAP QURMAQ ÜÇÜN 5 ÖNƏMLİ MƏSLƏHƏT

Öz biznesinizi qurmaq həmişə çətin bir seçimdir.Onu dünyada ən uğurlu və qazanclı iş yerinə çevirmək istəyirsiniz amma bu deyildiyi qədər də asan başa gəlmir.

Hərdən hər şey ilk başda həddən artıq çətin görünə bilər, lakin Dəstəkçi uğurlu startap qurmağınıza kömək edəcək bəzi məsləhətlər ilə qarşınızdadır:

  1. Möhkəm bir planla başlayın

Hər bir uğurlu startap uğurlu bir planla başlayır. İlk dəfə bir iş planı yazmaq çətin ola bilər, amma əslində başlamaq üçün ideyalarınızı kağıza tökmək çox önəmidir. Bu, həm qısamüddətli, həm də uzunmüddətli  məqsədlərinizi əhatə etməlidir.

Biznes planınızın qısamüddətli hissəsi nə edəcəyiniz və bunu necə edəcəyinizlə bağlı təfərrüatları ehtiva etməlidir. Başlanğıcınızı sürətlə inkişaf etdirmək üçün uzunmüddətli plan daha çevik ola bilər, lakin siz onun mümkün qədər dəqiq olmasını hədəfləməlisiniz.

Nəzərə alın ki, planı daha sonra dəyişdirə də bilərsiniz.

  1. Əlaqələrinizi geniçləndirməyə başlayın. Networking çox önəmlidir

Peşəkar əlaqələr irəliyə doğru yoldur. Əslində biznesinizin uğuru sizin əlaqələrinizin uöurlu olmasından birbaşa asılıdır.

Beləliklə, şəbəkə qurmağa necə başlayırsınız?

LinkedIn hesabı üçün qeydiyyatdan keçin və orada qruplara qoşulun. Siz həmçinin yaşadığınız şəhərdə xüsusi netwoking  tədbirlərində iştirak etməyə çalışmalısınız.

  1. Ətrafınıza doğru insanlar toplamağa çalışın

Biznesi idarə etmək çətindir və ətrafınızda bunun üçün doğru insanlar olmalıdır. Mentorlar və strateji tərəfdaşlar bu ilkin böyümə mərhələsində həlledici olacaqlar. Doğru komanda tək başına edə biləcəyinizdən daha çox şeyə nail olmaqda sizə kömək edə bilər.

Biznesinizi dəyişdirmək istəyirsinizsə, düzgün komandaya ehtiyacınız var. Bunun bir hissəsi qurduğunuz əlaqələrin payına düşür, lakin ən böyük amil ilk növbədə düzgün insanları işə götürməkdir.

Müsbət təsir formalaşdıra bilmək üçün hamının iştirak etdiyi bir mühit yaradın. Unutmayın düzgün komanda uğurlu iş deməkdir.

  1. Hamıdan öndə olun

Müvəffəqiyyətli olmaq üçün daim axtarışda olmağı və ən son tendensiyaları izləməyi bacarmalısınız. Sırf öz sahələrində baş verənlərlə ayaqlaşa bilmədiyi üçün məhv olan bir çox şirkət var. Rəqiblərinizin eyni zamanda işlədiyiniz sahə haqqında ətraflı öyrənməyə çalışın.

  1. İş həyatınız və şəxsi həyatınız arasında tarazlığı qoruyun

Iş həyatı və özəl həyat arasındakı tarazlıq təxminən bərabər olmalıdır. Bir start-up sahibi olaraq yeni yeni iş yerinizdən arlıqmaq sizin üçün çətin ola bilər. Gəlin belə hesab edək ki.qurduğunuz startap sizin balaca körpənizdir, siz ondan necə ayrıla bilərsiniz bu zaman? Asan olmasa belə bunu etməlisiniz.

Hobbilərinizi və boş vaxtlarınızı saxlamaq sizi daha uzun müddət gümrah hiss etdirəcək və depresiyadan qaçmağınıza kömək edəcək. Düzgün komandanız varsa biznesiniz sizsiz də bir müddət fəaliyyət göstərə bilər.

Startapınızın uğursuzluğa düçar olmasının qarşısını necə ala bilərisiniz?

Uğur qazanmaq istəyən qurucular zamanla dəyişməyi bacarmalı, sağlam tarazlığı qorumalı və özlərini doğru insanlarla əhatə etməlidirlər. Hətta bu beş məsləhətə hərfi-hərfinə əməl etsəniz belə heç vaxt uğur qazanacağınıza zəmanət yoxdur. Startapların uğursuzluqla nəticələnməsi az rastlanan hal deyil, hətta onların təxminən 90%-i beş il ərzində uğursuzluğa düçar olur.Amma bu məsləhətlərə əməl etməklə siz uğur qazanmaq ehtimalınızı artırmış olusunuz.

Şərh əlavə edin

Your email address will not be published.