Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçiriləcək

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Müraciət et

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: Arzu Zeynallı
61 Layihə | 0 Favorit

Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçiriləcək.

2022-ci ilin noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XX əsr Türkiyə ədəbiyyatının tanınan nümayəndəsi, Türkiyə ədəbiyyatına sərbəst şeiri gətirən şair, yazıçı, rəssa ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatçısı Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Dünyadan keçən Nazim və Nazimdən keçən dünya” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfransın bölmələri və yazı şərtləri aşağıdakı kimidir:

KONFRANSIN BÖLMƏLƏRİ:

1. Nazim Hikmət yaradıcılığı və incəsənət

2. Nazim Hikmət və Azərbaycan ədəbiyyatı

3. Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada

4. Nazim Hikmət şeiri və poetika məsələləri

Məqalənin tərtib olunma qaydaları:

Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;

Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 7 səhifəyə qədər olmalıdır;

Məqalə Times New Roman – 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;

Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:

Sağ tərəf -1sm

Sol tərəf 3sm

Aşağı hissə – 2 sm

Yuxarı hissə – 2sm

• Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir.

⚫ Məqalənin mətni Azərbaycan dilində yazılarsa ingilis dilində xülasə, ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə, türk, rus, fars, ǝrǝb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur.

• Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir.

Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]). Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr 100-150 sözdən ibarət olmalıdır.

Məqalələrin qəbul olunması üçün son tarix: 15 oktyabr 2022-ci il

Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Təşkilat komitəsi ilə əlaqə:

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 4927286

E-mail: nizamimuzeyikonfrans@mail.ru

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review “Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçiriləcək”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com