<span itemprop="name">Daha Yaxşı Dünya Üçün – Sosial Sahibkarlıq</span>

Daha Yaxşı Dünya Üçün – Sosial Sahibkarlıq

Əziz dəstəkçilər, sizinlə bu gün növbəti qürurlu xəbərimizi paylaşmaqdan şad olacayıq.

Bildiyimiz kimi ölkəmizdə yeni inkişaf etməyə başlayan sahə olan sosial sahibkarlıqla məşğul olan və məlumatlı olan çox insana rastlamırıq. Bunun əsas səbəbi ölkəmizdə sosial sahibkarlıq ilə bağlı ana dilimizdə ədəbiyyatın olmamasıdır.

“Dəstəkçi” Sosial Sahibkarlıq Platforması olaraq biz bunu nəzərə alaraq sizin üçün öz ana dilimizdə və hər kəsə əlçatan olacaq şəkildə PDF formatında sosial sahibkarlıq barədə kitabça hazırlamışıq .

Bu kitabça vasitəsi ilə siz sosial sahibkarlıq nədir, sosial sahibkarlığa necə və hardan başlamaq olar kimi suallara öz ana dilimizdə dolğun cavab tapa bilər və ən əsasıda yeni bir addım üçün yetərli məlumatları qazana bilərsiniz.

Dəstəkçi hər zaman öz təşəbbüskarlarının yanındadır✅

Sizlərə xoş mütaliələr arzulayırıq!