<span itemprop="name">Sosial Sahibkarın Bələdçi Kitabı</span>

Sosial Sahibkarın Bələdçi Kitabı

 

 

1980-ci illərdə qlobal miqyasda “sosial sahibkarlıq” kimi tanınan yeni bir hərəkat meydana çıxdı. Hərəkata innovativ, davamlı və genişlənə bilən biznes modelləri vasitəsilə sosial problemlərin həllinə həsr olunmuş yeni nəsil sahibkarlar rəhbərlik edirdi. Bu hərəkatın böyüməsi kommersiya, sosial və ictimai sektorlardan olan oyunçuların davranışlarında transformasiyaya səbəb oldu, onları sektorlararası dialoqa və birgə təşəbbüslərə cəlb etdi.

Bu bələdçi kitabı effektiv sosial sahibkar olmağa kömək edəcək alətlər, biliklər və ilham verir sizə. IES – Sosial Biznes Məktəbinin praktiki bilikləri ilə sosial sahibkarlıq sahəsində bilik, cəmiyyət üçün dəyər yaratmaq niyyəti ilə əsaslandırılmış bilik və ilhamlanmış fəaliyyətin təzahürüdür.