GIPA Jurnalistika üzrə Magistr Proqramı

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Müraciət et

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: Gular Khalilova
105 Layihə | 0 Favorit

ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verir.

Jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur. ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Qəbul üçün prosedur:

Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək.

GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları

3. Təhsil məqsədləri haqqında bəyanat

4. Diplomların surəti*

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

 

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review “GIPA Jurnalistika üzrə Magistr Proqramı”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com