Sosial Sahibkarlığın 7 Prinsipi
Sosial biznes ideyası Banqladeşli professor Məhəmməd Yunis tərəfindən irəli sürülüb. Cəmiyyətə xidmət edən digər konsepsiya və bizneslərdən fərqli olaraq, sosial biznes müəyyən prinsiplərə əsaslandığı üçün unikal hesab edilirdi. Bu prinsiplər 7 dənədir və sosial biznes prinsipləri adlandırılır.
Hər hansı bir prinsip kimi, sosial biznesin 7 əsas prinsipi bir sosial biznesin məqsədini və funksiyasını müəyyən edir. Onlar bu sahəyə girməyi hədəfləyən hər hansı təşkilat və ya fərd üçün prioritet sektorları təsvir edir və həmçinin maliyyənin necə idarə olunacağını müəyyənləşdirir.
- Sosial biznesin birinci prinsipi istənilən sosial biznesin mövcudluğunun məqsədini müəyyən edir. Bu, biznesin məqsədinin yalnız mənfəət və ya səhm sahiblərinin sərvətini artırmaq deyil, həmçinin yoxsulluğun aradan qaldırılması və ya təhsil, qidalanma, səhiyyə, ətraf mühit kimi sosial problemlərdən hər hansı birini həlli üzrə fəaliyəəti nəzərdə tutur
- İkinci prinsip maliyyə və iqtisadi davamlılıqdan bəhs edir. Sosial bizneslər ilkin vaxtlarda müəyyən qrant və oxşar xarici maliyyə vəsaitlərindən istifadə edə bilərlər ancaq əsas fəaliyyətində maliyyə və iqtisadi cəhətdən müstəqil olmalıdır. Sosial bizneslər də digər bizneslərdə olduğu kimi özlərinə investisiya cəlb etməlidir.
- Üçüncü prinsip investisiyanın qaytarılmasını tənzimləyir. Sosial biznesdəki sərmayədarların investisiyalarından əlavə pul götürməsinə icazə verilmir. İnvestisiyaya görə heç bir dividend verilmir.
- İnvestisiyadan çox qazanılmış məbləğin biznesin genişləndirilməsi və təkmilləşdirilməsi üçün yenidən investisiya edilməsi nəzərdə tutulur. Burada genişlənmə daha çox insanı əhatə etmək və ya xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
- Sosial bizneslər ətraf mühitin rifahına cavabdeh olmalıdırlar. Onlar birbaşa və ya dolayı yolla ətraf mühitin yaxşılaşdırılmasında böyük rol oynayırlar. Dolayı yol dedikdə onların əməliyyatları ilə ətraf mühitə heç bir zərər verməmələrinin təmini başa düşülür.
- Sosial biznesdə işçi kimi işləyənlər sənaye standartına uyğun olaraq ədalətli təzminat almalıdırlar. Bundan əlavə, işçi qüvvəsi daha yaxşı iş şəraiti ilə təmin edilməlidir.
- Sosial biznesi əsas məqsədi mənfəəti artırmaq deyil, əsas sosila təsir göstərə bilməkdir. Buna görə də yalnız cəmiyyətə və ətraf mühitə töhfə vermək həvəsi olanlar sosial biznesdə uğurlu ola bilərlər. Bu işin stress deyil, əyləncəli mühitdə həyata keçiriləcəyi mənasına gəlir.
Bu yeddi prinsip Grameen yaradıcılıq laboratoriyasının həmtəsisçisi olan Hans Reitz ilə birlikdə professor Məhəmməd Yunus tərəfindən verilmişdir. Bu yeddi prinsip sosial bizneslə sosial rifaha töhfə vermək adı ilə həyata keçirilən digər ənənəvi bizneslər arasında fərq qoyduqları üçün önəmlidirlər.
Sosial biznesin yeddi prinsipinə bütün dünyada sosial biznesləri təşviq edən və ya idarə edən təşkilatlar tərəfindən nəzarət edilir. Ashoka, Omidyar şəbəkəsi, ABŞ-da NIKA su şirkəti, Banqladeşdəki Grameen Bank belə təşkilatlara misal ola bilər.