Sistemli Düşüncə Tərzi nədir?

Sistemli Düşüncə Tərzi nədir?

Sistem təfəkkürü müxtəlif sistemlərin (bəziləri bir-biri ilə əlaqəsi olmayan) necə davrandığını, necə qarşılıqlı əlaqədə olduğunu və bir-birinə necə təsir etdiyini müəyyən edən qaydaları anlamağa çalışır.

 

Bu, çoxsaylı mənbələrdən böyük həcmdə məlumatların toplanması və təhlil edilməsini nəzərdə tutur və ilk növbədə heç bir şəxs, şirkət və ya hökumət tərəfindən ayrıca həll edilə bilməyən problemlərin həlli üçün istifadə olunur.

 

Biz həmişə hər hansı bir problemin səbəbini məkan və zaman baxımından yaxın situasiyalarda axtarmağa meyilli oluruq. Lakin bəzən problem bir və ya daha böyük sistemin dinamikasının nəticəsidir və biz bu “böyük portreti” görə bilmirik.

Məsələn, sistem nöqteyi-nəzərindən bu gün elektrikli avtomobillər ətraf mühit üçün tam olaraq faydalı bir şey deyil, çünki onun istehsal prosesi suyu və ətraf mühiti çirkləndirici yanacaqlardan istifadə edən fabriklərdə baş tutur.

 

Buna problemin altında yatan dinamikaya məhəl qoymamaq yəni “sistem korluğu” deyilir – onu uğurla həll etmək üçün strategiya qurmaq o qədər də mümkün deyil. Neçə dəfə şirkətinizdə və ya ölkənizdə qısa müddətdə işə yarayan, amma əslində heç nəyi həll etməyən qərarların qəbul edildiyini görmüsünüz?

Problem ondadır ki, bizim qavrayışımız daha böyük sistemlərdə gizlənmiş təhlükələri aşkar edə bilmir. Təhlükəni ətrafımızda olan avtomobili eşidəndə və gördükdə görürük, ancaq çirklənmiş atmosferdə olan zərərli hissəciklərin təhlükəsini  nəfəs aldığımız zaman hiss etmirik.

 

Sistemli düşüncə bizə daha böyük vizual ekranda təəccüblü təfərrüatları müəyyən etməyə imkan verən  və Daniel Qolemanın fikrincə, həyatda uğurla hərəkət etmək üçün sistemlərin necə işlədiyini öyrənməliyik. “Bu, xeyli səy tələb etsə də, bu gün zəruri bir gücdür.”

Bəs bütün bunların sizin məhsuldarlığınızla nə əlaqəsi var?

Yəqin ki, siz gündəlik işlərinizi yerinə yetirməyə, maddi problemlərin həllinə çox diqqət yetirmisiniz. Bu gün həll etsəniz belə, müəyyən müddətdən sonra bu problemlər yenidən ortaya çıxır.

 

Çox güman ki, problemlərinizin hər birinin əsl mənbələrini görmürsünüz, çünki siz yalnız onların aid olduğu ilkin sistemə fokuslanırsınız.

 

Məqsədinizi, prinsiplərinizi və uzunmüddətli hədəflərinizi müntəzəm olaraq yoxlayın. Həyatınızı və işinizi təşkil edən şəbəkə bağlantılarını nəzərdən keçirin. Həyatınızın bir hissəsi olan bütün sistemlərin, o cümlədən əlaqəsiz görünənlərin necə olduğunu təhlil edin və başa düşəcəksiniz ki, bəzən böyük meşə sizə ağacları tək-tək görməyə imkan verməyə bilər.

Şərh əlavə edin

Your email address will not be published.