Tullantıların idarə olunması zamanı istifadə olunan 5R texnikası nədir?
Adətən biz çox şeyin üstünə “təkrar emal” yazısını görürük,lakin bunun hansı proseslər nəticəsində baş verdiyini bilirikmi?. Hər hansı məhsulu təkrar emal etməzdən əvvəl , müvafiq olaraq beş tədbir görülməlidir. Bu tədbirlər 5R tədbirləri adlanır.Bu R-lərə: imtina edin, azaldın, təkrar istifadə edin, yenidən təyin edin və nəhayət, təkrar emal edin(reduce, reuse, repurpose, recycle)addımları daxildir. 5R tədbirləri istifadəçilərin tullantıları azaltmaq və təkrar emal səylərini artırmaq üçün riayət etmələri vacib olan bir metodologiyadır.Prosesin son nəticəsində zibilxanaya düşəcək tullantıların miqdarını azaldır.
Tullantıların idarə edilməsinin 5 R texnikasını necə həyata keçirmək olar?
Əgər istehsal etdiyiniz tullantıların miqdarını azaltmaqla müsbət nəticə almaq istəyirsinizsə, bu, həqiqətən önəmli olan prosesdir. Həmişə təkrar emala son çarə kimi yanaşmağı unutmayın və tullantılarınızı səmərəli şəkildə həyataistifadə etmək istəyirsinizsə R piramidasına əməl etməyə çalışın.
Birinci addım: imtina edin(refuse)
5 R prosesinin ilk addımı imtina etməkdir. Bu çətin ola bilər, çünki siz tullantıların istehsalından imtina etməli olacaqsınız, lakin bu, tullantıları minimuma endirməyin ən təsirli yolu olacaq. Necə? Yaxşı, sadəcə olaraq birdəfəlik plastikdən və ya israfçı, təkrar emal olunmayan məhsullardan istifadə etməkdən imtina etməklə, nəhayət, gündəlik istehsal etdiyiniz tullantıların miqdarını azalda bilərsiniz.Avtomobilinizdə və ya çantanızda yenidən istifadə oluna bilən çanta daşımaqla marketdəki çantalardan imtina etmək bu addıma bir nümunədir.
İkinci addım: azaldın(reduse)
Bu addım, pulunuza qənaət etmək, ətraf mühitə kömək etmək üçün zərərli, israfçı və təkrar emal olunmayan materiallardan istifadənizi azaltmaqdan ibarətdir. Bu növ məhsullardan asılılığınızı məhdudlaşdırmaqla siz, ətraf mühitə vurulan zərərləri azalda bilərsiniz.Bu addıma nümunə olaraq,məhsul aldığınız zaman minimum qablaşdırmadan istifadə olunanları almağa diqqət yetirin.
Üçüncü addım: Yenidən istifadə edin(reuse)
Kağız fincanlar, pipetkalar, əlcəklər və hal hazırda çox istifadə olunan maskalar kimi birdəfəlik istifadə olunan tullantıları “atmaq”, “bir zərər verməz” təəssürat yaradıb. Hamımızın plastik məmulatlardan istifadəsi kəskin çəkildə artır, plastik böhran həmişə dünyanın ən böyük ekoloji problemlərindən biri olmuşdur. Tullantıların azaldılması yarışında müəssisələrə əşyaları dəyişdirmək əvəzinə iş yerində təkrar istifadə etmək təklif olunur. Nümunə olaraq, deyə bilərik ki ,yenidən doldurula bilən batareyalar kimi təkrar istifadə oluna bilən əşyalar almaq bu addımı gerçəkləşdirməkdir.
Dördüncü addım: Məqsədini dəyişdirin(repurpose)
Müəyyən bir elementdən imtina edə, azalda və ya təkrar istifadə edə bilmirsinizsə, onun yerinə təyinatını, yəni xidmət məqsədini dəyişdirməyə çalışın. İş yerinizdə və ya evinizdə bir çox gündəlik obyektin birdən artıq məqsədə xidmət edə biləcəyini öyrənmək sizi çox təəccübləndirəcək. İstifadə etmədiyiniz kataloqları,kitabları, jurnalları qocalar evlərinə, uşaq evlərinə vermək bu addıma bir nümunədir.
Beşinci addım: Təkrar emal edin(recycle)
Nəhayət ki,təkrar emal addımımızdan danışırıq! Bütün digər R-ləri keçməyə cəhd etdikdən sonra təkrar email ekoloji cəhətdən ən təmiz tullantı atma üsuludur. Əgər iş yeriniz artıq təkrar emal prosesindən istifadə etmirsə siz, karton, kağız məmulatları, plastik, şüşə toplamaqla başlayın.Bu sayədə siz həm ekologiyaya xeyir vermis olursunuz, həmdə emal üçün yeni materiallar toplayırsınız.Bu addım üçün çox sadə bir nümunə olaraq, evinizə aldığınız yumurta qablarını kəsərək onlara bitki əkə bilərsiniz.


Müəllif:Fatimə Hidayətova