“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Müraciət et

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: Arzu Zeynallı
61 Layihə | 0 Favorit

09-11 sentyabr 2022-ci il tarixlərində Bakı Ali Neft Məktəbində Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək.

Məqsəd: Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.

Kateqoriyalar:

Enerji və əşyaların interneti;

Enerji və süni intellekt;

Enerji və rəqəmsal iqtisadiyyat.

Mükafat fondu: 11 000 manat

1-ci yer 5000 manat;

2-ci yer 3000 manat;

3-cü yer 2000 manat;

2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə).

Qeydiyyat üzrə son tarix: 20 avqust 2022-ci il

Hakatonda iştirak üçün şərtlər:

Yaş: 18-40

. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər; Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;

Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;

Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər; İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar:

İştirakçılardan COVID-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.

Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review ““Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com