“Gənclərin hüquqlara çıxışı” adlı təlim-seminar (“50/50”)
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Product Description
Avropa Şurasının Gənclər Departamenti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycanın dövlət təşkilatlarının gənclərlə işləyən mütəxəssisləri və gənclərin qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Gənclərin hüquqlara çıxışı” mövzusunda təlim seminarını təşkil edir (50/50).
Təlim seminar 23-27 may 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində yerləşən Avropa Gənclər Mərkəzində keçiriləcəkdir.
“50/50” təlim-seminarı iştirakçıların gənclərlə iş sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, Avropa Şurasının dəyər və yanaşmalarını nəzərə almaqla dövlət strukturları və ictimai birliklərin nümayəndələri arasında əməkdaşlığı gücləndirmək məqsədini daşıyır.
Maraqlanan namizəd aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
– Gənclər işi, gənclərin iştirakçılığı, demokratik vətəndaşlıq və qeyri-formal təhsilin inkişafı sahəsində fəaliyyətlər aparan təcrübəli şəxs olmalıdır;
– Təlim seminardan əldə edəcəyi biliyi öz işində istifadə etməyə motivasiyalı olmalıdır;
– Digər iştirakçılarla əlaqə qurmaqda maraqlı olmalıdır;
– Namizədin iştirakı çalışdığı qurum və ya təşkilat tərəfindən dəstəklənməli, tövsiyə məktubu təqdim olunmalıdır;
– Təlim-seminarın bütöv müddətində və bütün sessiyalarda iştirak etməlidir;
– Azərbaycan və ingilis dilini sərbəst bilməlidir
– Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
– 18-35 yaş arasında olmalıdır (istisnalar mümkündür).
Son müraciət tarixi: 11 aprel 2022-ci il.
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |







Rəylər
Hələ ki, rəy yoxdur.