“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Müraciət et

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: Arzu Zeynallı
61 Layihə | 0 Favorit

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.

Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. “MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.

Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

− Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla)

− İntizamlılıq

− Təşkilatçılıq

− Kollektivdə işləmək bacarığı

− Operativlik

− Kompüter bacarığı

− Təşəbbüskarlıq

“MEDİA könüllüləri” Proqramı oktyabr ayından başlayaraq 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.

Müraciət üçün son qeydiyyat tarixi 20 sentyabrdır. Media könüllüsü olmaq istəyən  18-29 yaş arası gənclər qeydiyyatdan keçməlidir.

 

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review ““MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com