School of Economics – İqtisadi Tədqiqat Proqramı müraciətləri qəbul edir!
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Product Description
School of Economics – İqtisadi Tədqiqat Proqramı müraciətləri qəbul edir!
Proqram müddəti və yeri:
1 Oktyabr – 1 Fevral 2022, Bakı, Azərbaycan
“School of Economics” layihəsinin əsas məqsədi gənclərin iqtisadiyyat sahəsində biliklərini inkişaf etdirmək və onlarda real iqtisadi hadisələri təhlil etmə qabiliyyəti formalaşmaqdır.
Ödənişsiz tədqiqat proqramı iki əsas mərhələdən ibarətdir:
Birinci mərhələdə seçilmiş iştirakçılar akademik yazı, tədqiqat metodları və siyasət sənədinin hazırlanması ilə bağlı tanınmış mütəxəssislərin intensiv təlim kurslarında iştirak edərək iqtisadi araşdırma bacarıqlarını inkişaf etdirəcəklər. Təlimlər Oktyabr ayı ərzində Bakı şəhərində keçiriləcəkdir.
İkinci mərhələdə iştirakçılar tədqiqat mövzuları üzrə işçi qruplarına bölünəcəklər və seçdikləri mövzular üzrə mentorlar ilə birgə araşdırma aparacaqlar. İştirakçıların tədqiqat yazıları EOS Academy-nin veb saytında dərc ediləcək. Həmçinin, tədqiqatlarını uğurla başa vurmuş iştirakçılar qonorar əldə edəcək və layihənin növbəti mərhələrində iqtisadi foruma və ictimai tədbirlərə dəvət ediləcəklər.
Kimlər iştirak edə bilər?
– İqtisadiyyat və bənzər sahələr üzrə bakalavr təhsilinin ən azı 3 pilləsini başa vurmuş tələbələr və ya məzunlar;
Digər tələblər:
– 18-29 yaş aralağında olmaq;
– Makroiqtisadiyyat, Beynəlxalq İqtisadiyyat, İqtisadi Siyasət; Davranış İqtisadiyyatı və ya digər əlaqəli fənlər üzrə biliklər;
– Tədqiqat etmək üçün yetərli həvəs və vaxtın olması;
– Səlis Azərbaycan dili bilikləri (İngilis dili biliklərinin olması arzu olunandır);
Müraciət qaydası:
Proqram da iştirak üçün CV-nizi və motivasiya məktubunu (maksimum 500 söz) office@eosacademy.net email ünvanına göndərməyiniz xahiş olunur. İlkin seçim və müsahibə mərhələsini uğurla keçən namizədlər proqramda iştirak haqqı qazanacaqlar.
Müraciət üçün son tarix: 20 sentyabr, 18:00
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |







Rəylər
Hələ ki, rəy yoxdur.