“HippoTherapy Baku” – Hippoterapiya Sosial Reabilitasiya Mərkəzi
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Product Description
Mən – “Yarlan Profilaktika və Bərpa” MMC təsisçi və direktoru Yaqut Abdullayeva. Sizlərə öz yeni yaratmaq istədiyim “HippoTherapy Baku” – Hippoterapiya Sosial Reabilitasiya Mərkəzi layihəsi haqqında məlumat vermək istəyirəm.
Rəsmi statistikaya görə, Azərbaycanda 60 mindən çox əlilliyi olan uşaq var. Onlar həm təhsildə,həm də digər ictimai prosesslərdə öz həmyaşıdlarından geridə qalırlar. Bu uşaqlar daima başqalarının köməyinə ehtiyac duyurlar. Bu da həmişə mümkün olmur. Dövlətin belə uşaqlara verdiyi dəstək danılmazdır, xüsusi reablitasiya və inkişaf mərkəzləri uşaqların xidmətindədir. Əfsuslar olsun ki, yeni qüsurlu uşaqlar doğulmaqdadir. Bu tək bizim ölkədə deyil, bütün dünyada belədir.
Məqsədimiz fiziki, əqli, duyğu pozğunluğu olan uşaqları cəmiyyətə inteqrasiya etmək, onları sosiallaşdırmaqdır. Bununla da onların həyatında dönüş yaratmaq, digər yaşıdlarından fərqlənmədiklərini göstərməkdir. Hippoterapiya əlil şəxsin neyrofizioloji sistemlərinə təsir edir. Tarazlıq, koordinasiya, incə və kobud motor inkişafı, sinə əzələləri və tənəffüs, beyindəki nitqin inkişafı və sensor inteqrasiya mərkəzləri üzərində hərəkət edərək hiss təşkilatının inkişafına töhfə verir. Hippoterapiya atın köməyi ilə müalicə deməkdir. Hippoterapiya zamanı dəri, oynaqlar, əzələlər, gözlər, qulaqlar və burundakı reseptorlardan hissiyyat beyinə daha asan həzm oluna bilən və başa düşülən formada ötürülür. Beləliklə informasiya inteqrasiyası asanlaşır. Geniş sensor giriş məlumatlığı və diqqət müddətini artıra bilir, bu da inkişaf üçün imkanlar yaradır.
LAYİHƏNİN ƏSAS HƏDƏFİ:
- Əlil uşaqların həyat şəraitini yaxşılaşdırmaq;
- Onların yaxınlarından asılılığını azaltmaq;
- Onların əmək qabiliyətlərini üzə çıxartmaq;
- Onlardan Olimpiya çempionu yetişdirmək;
- Yalnız dövlət müavinətləri ilə deyil,özlərinin qazancları ilə yaşamaq şansı yaratmaq.
LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ:
Məqsədimiz əliliyi olan uşaqları hippoterapiya sosial reabilitasiya dərslərindən faydalandırmaqdı. Bu üsulun Azərbaycanda ilk olduğunu nəzərə alaraq daha geniş auditoriya çıxmaq, onları sosiallaşdırmaq, cəmiyyətə inteqrasiya etmək. Valideyn himayəsindən məhrum olmuş, şəhid və qazi uşaqlarını bu üsuldan təmənnasız faydalandırmaq. Bu terapiyanı keçmiş və fayda görmüş uşaqların bacarıqlarını nəzərə alaraq onları bu yöndə inkişaf etdirmək. Vəzifəmiz – bu üsulu tanıtmaq, yeni hippoterapevtlər yetişdirmək, dövlət və özəl reabilitasiya mərkəzləri ilə əlaqə yaratmaq, bu qrupa daxil olan uşaqların yaş hədlərini müəyyənləşdirmək, onların bu terapiyaya növünə hazırlamaq və bu metodu tədbiq etmək.
Layihənin ümumi məbləği 20000 AZN təşkil edir.
Layihənin həyata keçirilməsinə maraqlı olan şirkət, təşkilat, investorlardan sosial investisiya və qrant şəklində maliyyə dəstəklərini gözləyirik.
Tam layihə təklifi ilə tanış olmaq üçün bizimlə əlaqəyə keçə bilərsiniz. Tel: +994 70 538 64 72
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |











Rəylər
Hələ ki, rəy yoxdur.