2HandBooksForEco
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Product Description
Salam, Hərvaxtınız xeyir.Mən Həcər Abasova, 19 yaşım var. Azərbaycan Dövlət Neft və Sənaye universitetinin Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 3cü kurs tələbəsiyəm. “Gələcəyini qur” layihəsi iştirakçısı olmuşam. Bir Könüllü, Asan könüllü,Davam Gənclər Hərəkatı kimi bir sıra sahələrdə könüllülük fəaliyyətlərim olub.
Hal- hazırda Baku Community Space’in “Öz sözün olsun” layihəsi iştirakçısıyam. Burada Ətraf mühit komandasında çıxış edirəm, və layihə müəllifi olduğum “ECO Fair” layihəsi yaxında həyata keçiriləcək. Bununla yanaşı “From Zero to Ceo” komandasında Sosial Media Meneceri vəzifəsindəyəm. Əlavə olaraq ekologiya və ətraf mühitin qorunması ilə bağlı öz layihələrim var və digər layihələrdə də aktiv iştirak etməyə çalışıram.
Bugün sizinlə yeni layihəm haqqında danışmaq istəyirəm.🤩🥳 Layihəmizin əsas məqsədi: 2ci əl kitab satışı ilə əldə olunan gəlirlə 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə aztəminatlı ailələrdə yaşayan uşaqları sevindirməkdir.
Hədəflərimiz isə: “Kağız israfının qarşısını almaq”, “2ci əl məhsulların satışı və istifadəsini genişləndirmək” “Uşaqların üzlərində təbəssüm yaratmaq”.
Bizə necə kömək edə bilərsiniz?
• İlk olaraq könüllü şəkildə, oxuyub ama evdə saxladığınız kitabları bizə verərək başlaya bilərsiniz.🎁
• Əgər kitabları könüllü deyil də satışa çıxarmaq istəsəniz buda mümkündür. (Kitablara müəyyən qiymət qoyaraq satışa çıxarırıq satıldıqca pulun müəyyən miqdarını bizə ianə edirsiniz)📥
•İnstagram hesablarımızı follow edib,paylaşaraq və oxumaq istədiyiniz kitabları bizdən alaraq:) 🤓🥳
Bununlada nəticədə yığılan pulla müəyyən edilmiş aztəminatlı ailələr yaşayan ərazidə məktəblərdə oxuyan uşaqlara hədiyyələr alıb 1 iyun günü onları sevindirəciyik.
●Kitab bağışlamayan lakin yardım etmək istəyən şəxslər maddi yardım edərəkdə layihəmizə dəstək ola bilər😊
●Sonda edilən bütün işlər haqqında hesabat sosial media hesabımızda paylaşılacaq. https://instagram.com/2handbooksforeco?utm_medium=copy_link
●Kitabları necə verə bilərəm?
Kitabları 28may və ya Sahil m/s-dan müəyyən edilmiş gün və saatlarda sizdən götürə bilərik😊
Bu layihə çərçivəsində bizə lazım olan bəzi resurslar var ki, bunlar
- Bu sosail təşəbbüsün həyata keçirilməsində bizə dəstək ola biləcək, uşaqların təbəssümünə təbəssüm qatmaq istəyən könüllü şəxslər
- Kitablar
- Layihənin çəkilişləri üçün fotoaparat
Hərbirinizinə dəstəyiniz üçün öncədən təşəkkürlər.
2HandBooksForEco üçün 1 rəy
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |







Name –
Möhtəşəm layihədir.