“LİGHT CENTER” Sosial BooKafe (Quba rayonu)

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Layihəyə Dəstək Ol

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: Aysel Sadıqova
2 Layihə | 0 Favorit

Salam,  Mən – Sadıqova  Aysel 28 yaşım var və Quba rayonunda yaşayıram. Quba rayon Vladimirovka kənd tam orta məktəbi məzunuyam. İlk peşəkar  karyerama 2018-ci ildə “Azərxalça” ASC-nin  Quba filialında toxucu sahəsi üzrə başlamışam. Və 4 ilə yaxın müddətdə toxucu kimi iş fəaliyyətim olub. İş fəaliyyətimdən əlavə daim öz üzərimdə işləmişəm, həm şəxsi , həm də peşəkar cəhətdən özümü inkişaf etdirmək üçün kompüter, vizajist, xalçaçılıq, dərzilik  kurslarını müvəffəqiyyətlə bitirmişəm

Kiçik yaşlarımdan bəri rayonumda öz işimi qurmaq arzum olub. Və quracağım işdə rayonuma faydalı olmasını istəmişəm və bu məqsədi reallaşdırmaq üçün  2022ci ilin fevral ayında “Yerli Təşəbbüslər üçün Kanada Fondu” proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və  NAYORA- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsinə  öz sosial sahibkarlıq ideyamla qoşuldum və layihə çəirçivəsində  sosial sahibkarlıqla bağlı təlimlər və mentor dəstəyini aldım və 8 günlük təlimlər əsnasında ideyamı daha da təkmilləşdirərək Quba rayon gəncləri arasından “LightCenter BookCafe” sosial sahibkarlıq layihəm qalib seçildi.

Layihə barədə:   “LightCenter BookCafe”  gənclərin,tələbələrin,qadın və qızların vaxtlarını səmərəli keçirəcəyi və sosial biznes modeli əsasında faəliyyət göstərəcək bir məkandır. Məkanda  müxtəlif kofe növləri,bitki çayları,fərqli qida məhsullarının və yemək növlərinin təşkili  ilə barabər sosial sahibkarlığı təmsil edən təlim otağımızda  tələbələrin və gənclərin inkişafına dair müxtəlif təlimlərin  (gender,karyera planlaması ,şəxsi inkişaf, sosial sahibkarlıq mövzularında  vs.), oxu günlərinin  və rayon gənclərinin işdən sonrakı vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif oyunların (bilyard,şahmat,kareoki vs.) təşkili nəzərdə tutulub

Belə bir məkanı yaratmaqda məqsədimiz rayonumuzda bəylərlə bərabər xanımların da sosiallaşa və inişaf edəcəyi və  öz ayaqları üzərində duraraq öz bizneslərini qura bilmələri üçün stimul vermək və işsiz,təhsilsiz qızları məkanımızda işlə təmin etmək və  gənclər üçün müasir dizayınlı, qadın və qızların rahatlıqla gələ biləcəkləri məkan təşkil etməkdir.

Məkanımızın təşkili üçün ilk addım olaraq məkan seçilib və arendaya götürülüb(600/aylıq AZN) “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsi çərçivəsində layihəm üçün 1300 AZN dəyərində lazımi əşyalarla təmini nəzərdə tutulub  lakin maddi resus çox az olduğu üçün dizayn,qida məhsulları,əşyalar,dekorlar,mətbəx avadanlıqları və məkanımıza aid digər  lazimi əşyaların alınması üçün maddi dəstəyə ehtiyac vardır. Dəstək olmasa məkanın tam fəaliyyət göstərməsi mümkün deyil.

Ona görə bu mövzuda siz – Dəstəkçilərin dəstəyini gözləyirəm. Gəlin bir olaq hamımız cəmiyyətin faydası üçün belə bir məkanın ərsəyə gəlməsində öz əlimizdən gələn dəstəyimizi göstərək.

Dəstəyi necə edə bilərsiniz?

  • Təşkilat və ya şirkət olaraq fiziki resurslarla (avadanlıq dəstəyi ilə)
  • Maliyyə resusrsu ilə

Light Center – Sosial BooKafe Xərclər

 

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review ““LİGHT CENTER” Sosial BooKafe (Quba rayonu)”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com