“EU4Youth Alumni Network” layihəsi

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Layihəyə Dəstək Ol

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: reyhan.hamidli-5925
1 Layihə | 0 Favorit

Mən Reyhan Həmidova Bakıda 11 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq çalışıram. Müəllimliklə yanaşı bir sıra beynəlxalq və yerli layihələrində könüllü olaraq fəaliyyət göstərmişəm. Buna misal olaraq, European Voluntary Service layihəsində , Türkiyənin Antalya şəhərində 2 aylıq sağlamlıq məhdudiyyəti məhdud olan şəxslərlə çalışımışam. Həmçinin “Formula1”, “Baku2017” yarışlarında və “Təhsil könüllüləri”, “Təbiət dostlar” kimi gənclər təşkilatlarında könüllü fəaliyyətlərim olub. Hal-hazırda EU4YouthAlumni layihəsində mentor olaraq müəyyən hədəf qrupu ilə çalışıram. Onlara şəxsi inkişaf və karyera yönümündə layihələr təşkil edirəm.

“EU4YouthAlumni” layihəsi  Avropa İttifaqının maliyyə dəstəyi ilə, Şərq Tərəfdaşlığı ölkələrində “Salto Youth” təşkilatçılığı ilə baş tutur. Bizə bu yolda logistik dəstəyi isə yerli təşkilat “Sağlam Düşüncə” Gənclər Təşkilatı edir.

Biz bu layihədə 15 nəfər məzunlarıq. Məzunlar istər tək istər də iştirakçılardan biri ilə birləşərək 4 ay boyunca hədəf qrupu təyin edib onlarla çalışırlar . İştirakçı yoldaşlarımın hər birində fərqli hədəf qrupudur. Bəzilərinin hədəf qrupu daun sindromlu uşaqlar, bəzilərininki marjinal qrup, region gəncləri, universitet tələbələri və s. olaraq təşkil olunub. Bizdə isə 3-4 kurs tələbələri və yeni məzunlardır. Təlim istiqamətimiz karyera və şəxsi inkişaf yönündədir. Ayda bir dəfə olmaqla workshoplar, təlimlər təşkil olunur həmin hədəf qrupu üçün. Mən Həmidova Reyhan və Həmidov Təmraz birgə hədəf qrupumuzun mentorluğunu öz üzərimizə götürmüşük.

Layihəni keçirməkdə məqsədimiz, əsasən, gənclərin karyera istiqamətində üzləşdiyi çətinliyi aradan qaldırmaq üçün mentor dəstəyi göstərməkdir. Hədəf qrupumuz tələbə və yeni məzun olmuş gənclərdən təşkil olunub.

Bu layihədə biz hədəf qrupu gənclər üçün 12 mart 2022 -ci tarixi üçün  “Layihələrin yazılması və idarə edilməsi” təlimini təşkil etmək istəyirik. Bununla bağlı bu sahə üzrə təcrübəsi olan və gənclərin inkişafı və layihə yazılması və idarəedilməsi bacarıqlarının artırılmasında öz töhfəsini vermək istəyən təlimçi dəstəyinə ehtiyacımız var.

 

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review ““EU4Youth Alumni Network” layihəsi”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com