İnkluziv Məktəbəqədər Təhsil
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Layihə Rəhbəri: zohreemrah
1 Layihə | 0 Favorit
Product Description
Bütün uşaqlar ən yaxşı təhsil alma hüquqlarına malikdirlər. Çox zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlar normal təhsildən kənarda qalır. Çünki,əksər uşaq bağcaları və məktəblər belə uşaqların digər tipik uşaqlar ilə birlikdə təhsil almasına imkan yaratmırlar. Bir çox hallarda ailələrin imkansızlığı ucbatından xüsusi qayğıya ehtiyacı olan uşaqlar onlar üçün yaradılmış mərkəzlərdən istifadə edə bilmirlər. Belə mərkəzlərin sayı çox azdır,həmçinin məsafə olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinin yaşadığı ərazidən uzaq məsafədə yerləşir.
Məktəbəqədər inküziv təhsil mərkəzi olaraq biz uşaqlara;
- Kreativ oyunlar
- İntellektual inkişaf
- Rəsm, musiqi,rəqs və bacarıqlı əllər
- Nağıllar aləmi və uşaq teatrı
Hərflər ilə ilkin tanışlıq və s. xidmətləri göstəririk.Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar da bizim mərkəzə qəbul olunur və yuxarıda qeyd olunmuş bütün fəaliyyətlərdə tipik uşaqlarla birlikdə iştirak etmək imkanlarına malikdirlər. Bununla belə,əlilliyi olan uşaqlar üçün bir çox hallarda mərkəzimizin bu ləvazimatlara ehtiyac olur;- Autizimli uşaqların inkişafı üçün vəsaitlər (koordinasiya alətləri və s.)
- Görmə əlilliyi olan uşaqlar üçün vəsaitlər (Brayl əlifbası,səsli kitab, lupa və s.)
- Eşitmə əlilliyi olan uşaqların inkişafı üçün vəsaitlər.( eşitmə cihazları və s.)
- Serabral iflicli uşaqlar üçün inkişaf etdirici vəsaitlər ( fitness topu, ayaq masaj aləti, əl masaj topu,paralel bar,gəzmə və ayaqda durma aləti, əl idman alətləri, barmaq gücləndirini və s.)
- Digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sağlıq və oyun ləvazimatları(mini və böyük idman velosipedi, əl və barmaq qüvvətləndirici vasitə və s.)
Gəlin gələcəyimiz olan uşaqlara dəstək olaq və sağlam böyümələrini təmin edək.
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |








Rəylər
Hələ ki, rəy yoxdur.