Velo Bərbər ( Səyyar Bərbər)
-
Not Set
Maliyyələşdirmə Məqsədi -
AZN0.00
Funds Raised -
0
Days to go -
Kampaniya heç vaxt bitməz
Layihənin Son Metodu
Product Description
Salam, Mən – Novruzəliyeva Leyla Malik qızı 33 yaşım var və 5 ilə yaxındır ki, Velo Bərbər ( səyyar bərbər ) xidməti ilə məşğulam. Evdən, işdən çıxa bilməyən azyaşlı övladlari olan,xəstə yatağında olan bəylər və xanımlara xidmət göstərirəm,lakin tək işlədiyim və 3 övladımı tək böyütdüyüm üçün gəlirlərim məni qane etmir . Ona məqsədim özümə aid bir gözəllik-bərbər salonu açmaqdır. Lakin bu o demək deyil ki, mən salon xudmətlərindən yararlana bilməyən müştərilərimi göz ardı edəcəm, bizim salon həm də səyyar xidmətlərinə davam edəcək .
Bu məqsədi reallaşdırmaq üçün 2022ci ilin fevral ayında “Yerli Təşəbbüslər üçün Kanada Fondu” proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və NAYORA- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsinə öz layihəmlə qoşuldum və layihə çəirçivəsində sosial sahibkarlıqla bağlı təlimlər və mentor dəstəyini aldım və 8 günlük təlimlər əsnasında ideyamı daha da təkmilləşdirərək Xaçmaz rayonu üzrə “Velo Bərbər” layihəm qalib seçildi. Və 1300 AZN dəyərində salon üçün lazımi avadanlıq resurs dəstəyi qazandım.
Salonumuzun təşkili üçün ilk addım olaraq məkan seçilib və arendaya götürülüb və iki işçı xanım işə göturməyi planlayıram . lakin əldə etdiyim resurslar məkanın tam faəliyyət göstərməsinə kifayət etmədiyi üçün aşağıda qeyd olunan resurslara ehtiyacım var.
- Gözləmə divanı
- Manükür lampası
- Dəsmal asan
- Uklatka üçün stul
- Salonun üstünə tabel
- .Salonun rənglənməsi
- Şkaf ( əşyaları yığmaq üçün)
- İnternet çəkilişi
- icarə müqaviləsi
- Promosyon materialları(vizitkart, buklet)
- Divara yapışdırilan rəf
Ümumi 1990 manat dəstəyə ehtiyacım var
Xərclər barədə aşağıdakı linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.
Ona görə bu mövzuda siz – Dəstəkçilərin dəstəyini gözləyirəm. Dəstəyi necə edə bilərsiniz?
- Fərd , Təşkilat və ya Şirkət olaraq fiziki resurslarla (avadanlıq dəstəyi ilə)
- Maliyyə resusrsu ilə
| ID | Ad | Amount | |
|---|---|---|---|
| 9558 | Nam Hoang | namnh.dev@gmail.com | |
| 8468 | |||
| 8400 | |||
| 8399 | gaviasthemes gavias | yourdemo@gmail.com |







Rəylər
Hələ ki, rəy yoxdur.