İnnovativ, Universal və “Əlçatan” elektromobil (EV) şarj aləti istehsalı

0 out of 5 based on 0 customer ratings
(0 səs verilib)

Layihəyə Dəstək Ol

  • Not Set

    Maliyyələşdirmə Məqsədi
  • AZN0.00

    Funds Raised
  • 0

    Days to go
  • Kampaniya heç vaxt bitməz

    Layihənin Son Metodu
Raised Percent :
0%
Layihə uğurludur.
Layihə Rəhbəri: fjavadova
1 Layihə | 0 Favorit

Dəyərli həmvətənlərim! Mən Fidan, Böyük Britaniyada fəaliyyət göstərən BeWorks adlı yaşıl enerji mühəndislik startup’ının qurucusuyam. Eyni zamanda, bu biznes ideyaya görə Böyük Britaniyada ‘Innovator’ vizası alan ilk azərbaycanlıyam. İdeyam bütün elektromobil sahiblərinin, həmçinin yaşlı və fiziki qüsurlu sürücülərin də həyatını asanlaşdıracaq innovativ şarj alətini istehsal edib Böyük Britaniya və Azərbaycanda tətbiq etməkdir. Mən artıq bir neçə ildir ki, EV və bərpa olunan enerji sektorlarında işləyirəm və müxtəlif EV şarj alətlərinin bazara çıxarılması üzrə məhsulun inkişaf mərhələsinə rəhbərlik edirəm. BeWorks’u yaratmaqda əsas məqsədim ekoloji təmiz nəqliyyata, nəqliyyatın elektrikləşdirilməsinə və bərpa olunan enerji mənbələrinə keçidi daha rahat, sürətli və hərkəsə əlçatan etməkdir. BeWorks, gələcək bazar tələblərini öncədən nəzərə alaraq, elektrikli nəqliyyat və bərpa oluna bilən enerji sahəsində “ağıllı” və bir-biri ilə əlaqəli “hardware” və “software” məhsullarını və ona uyğun həll yollarını təqdim edir.

Toplumumuza müsbət təsir edən qlobal həlləri ən tez zamanda həyata keçirmək üçün bir müddət öncə ianə əsaslı kraudfandinq layihəsini açıq elan etmişik. Məqsədimiz elektromobillər üçün hərkəs tərəfindən istifadə oluna bilən şarj cihazı prototipini tamamlamaqdır. Bu texnoloji həllimizlə xüsusilə yaşlı və fiziki qüsurlu sürücülərin çətinliklərini aradan qaldıracaq və onların həyatını daha da rahatlaşdıracağıq. Bu EV şarj cihazının innovativ xüsusiyyəti, özü geri çəkilən avtomatik kabel idarəetmə texnikası ilə bağlıdır. Yenilik, elektromobilləri şarj cihazı ilə əlaqələndirmək üçün tələb olunan kabel çəkisi problemlərini aradan qaldırmağı hədəfləyir və konnektoru birləşdirmək üçün lazım olan gücü tətbiq etməkdə çətinlik çəkən sürücülər  üçün çox əlverişli həll yolu təqdim edir. Bizim innovativ və sürətli EV şarj cihazımız, son texnologiyalı avtomatik elektron kabel idarəetmə sistemi ilə təchiz edilmişdir və bu sürücülərin şarj etmə təcrübəsini çox sadələşdirəcəkdir. Əlavə olaraq, bir çox elektromobil sürücülərinin özləri ilə əlavə kabel alıb daşımalarına olan ehtiyacı aradan qaldıracaqdır.

Əsas məqamlar və müvəffəqiyyətlər

  • 1-ci Mərhələ” prototipimiz artıq test olunub və təsdiqlənib. Özü geri çəkilən EV kabel texnologiyası yığılıbdır.
  • Biz IP müvəkkilimizlə FTO (İşləmə Azadlığı) statusunu təsdiqləmişik və nəhayət, prototip hazır olduğunda Marka Dizaynı və Qeydiyyatı üçün müraciət edəcəyik.
  • İlkin konseptimiz İngiltərərnin cənub-şərq reqionunda yerləşən Portsmouth və Isle of Wight yerli özünü idarəetmə orqanları tərəfindən müsbət qarşılanaraq istək məktubları təqdim olunub. Bununla bərabər, işlək prototip bitdikdən sonra onlar öz ərazilərində pilot layihələrin təşkil olunmasına şərait yaradacaqlarını bildiriblər.
  • Prototip tamamlandıqdan sonra, EV şarj cihazımız həm Böyük Britaniyada, həmçinin də Azərbaycanda infrastruktur layihələrində uğurla tətbiq oluna biləcək. Əsas məqsədimiz elektrik maşınlar üçün bu inkluziv şarj infrastrukturunu biznes mərkəzlərin, hipermarketlərin, parkların, universitet və xəstəxanaların, inzibati binaların, ictimati-iaşə obyektlərinin və ticarət mərkəzlərinin parkinq sahələrində digər müstəqil parkinq ərazilərdə tətbiq etməkdir. Əlçatan (“accessible”) şarj alətimiz müştərin istəyinə uyğun olaraq də şəxsi evlərin qarajlarında və həyətlərində də quraşdırıla biləcək.

Yığılan vəsaitlərin istifadəsi

Crowdfunding-dən toplanan vəsaitlə biz EV şarj qurğusu prototipinin mühəndis/elektron yığımı prosesini tamamlamağı, sektorda brend şüurunu artırmağı və məhsulun kommersiyalaşdırılması prosesini sürətləndirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyi planlaşdırırıq. Layihənin ümumi məqsədi iki mərhələdən ibarətdir. Əsas məqsədi keçdikdən sonra ikinci yekun məbləğ bizə EV şarj aləti prototipinin dizaynını və istehsalını yekunlaşdırmağa, akkreditasiyadan və testing prosesini bitirməyə və onu proqram təminatı və mobil tətbiqimizə inteqrasiya etməyə imkan verəcək.

Müraciət

Biz ölkəmizdə elektromobillərə keçid prosesini sürətləndirmək və hər sürücünün elektromobil almasına təşviq olmaq istəyirik. Sürücüləri narahat edən ən əsas məqam isə bütün sürücüləri və elektromobil markalarını əhatə edən qida qurğuları ifrastrukturunun inkişaf etməməsidir. Sürücülər qərar verərkən düşünür ki, “Mən elektromobili alsam harda şarj edəcəyəm?” Biz bu narahatçılığı aradan qaldırmaq istəyirik və hər bir EV sürücüsünə rahat şarj təcrübəsi təqdim etmək istəyirik, lakin maddi cəhətdən bunu təkbaşına edə bilməyəcəyik və məhz bu səbəbə görə hərkəsi BeWorks-a dəstək olmağa səsləyirik. Biz Crowdfunder-da 25,000 funt sterlinq toplamaq istəyirik ki, verdiyimiz vədlərə nail olaq. Britaniyada keçirilən bu ianə kampaniyasında (Crowdfunder) hədəfimizin 87%-nə artıq nail olmuşuq. Layihəmizin uğur hekayəsi haqqında Böyük Britaniyanin öncül elektromobil xəbər portalı olan EV Magazine məqalə dərc edib, buradan daxil olub oxuya bilərsiniz.

Qalan məbləği, 3000 funt sterlinqi (6375 AZN) tamamlamaq üçün həmvətənlərimə, şəxslərə, özəl şirkətlərə  və dövlət qurumlarına səslənmək istəyirəm. Miqdarından asılı olmayaraq həmyerlilərdən aldığım hər maddi dəstək bizim üçün önəmlidir. Siz də imkan daxilində dəstək ola bilsəniz çox sevinərik!

Ümid edirik ki, sizi bu önəmli layihəni həyata keçirmək üçün bizə qoşulmağa və dəstəkləməyə ruhlandıra bildik. Oxuduğunuz üçün minnətdarıq və bu günə qədər bizə kömək olan bütün dəstəkçilərə və könüllülərə təşəkkür edirik! LinkedIn, Facebook və Instagram vasitəsilə sosial mediada bizi izləməyə davam edin. Sizlərin sayəsində 100% hədəfə nail ola biləcəyimizə inanırıq. İanə dəstəyinizi gözləyəcəyik!

 

Mükafatlar

Kampaniyamıza ianə etmək istəyən fərdi şəxslər, şirkətlər və dövlət qurumları ya sadəcə ianə (donation), ya da mükafatlarımızdan seçə bilərlər! İanə prosesində hər hansı mükafatı əldə etmək istəyirsinizsə, zəhmət olmasa etdiyiniz ianə məbləğini və məbləğə uyğun olaraq seçdiyiniz mükafatı da qeyd edərək fjavadova@beworks.co.uk mail ünvanına göndərəsiniz. Qeyd etmək istərdik ki, bəzi mükafatlarımızın sayı məhduddur, onagörə ianəni tez bir zamanda edib bizimlə əlaqə saxlamağı unutmayın!

100 AZN İanə – Wall of Fame (“Şöhrət Lövhəsi” – — TƏŞƏKKÜR EDİRİK — Əlçatan EV şarj cihazımızı həyata bir addım daha yaxınlaşdırdığınız üçün! Adınız beworks.co.uk vebsaytımızda və Sosial Mediamızda qürurla qeyd olunacaq! (LinkedIn, Facebook, Instagram)

350 AZN İanə – Promo Box – Korporativ Hədiyyə Qutusu (Biz Sizə ekoloji təmiz məhsullardan ibarət hədiyyə qutumuzla ekoloji nüfuzumuzu və şirkət dəyərlərimizi nümayiş etdirmək istərdik!) (10 ədəd mükafat – təxmini icra tarixi: ianə kampaniyasından sonra 6 ay içində)

600 AZN İanə – Şamaxıda Alpaca Turu (ailəvi / 4 nəfərə qədər) (5 ədəd mükafat – təxmini icra tarixi: ianə kampaniyasından sonra 3 ay içində)

700 AZN Ianə – EV Chargepoint quraşdırılmasına 15% endirim (Bizi erkən dəstəkləyin və kommersiyalaşdırdıqdan sonra “accessible” smart EV şarj qurğumuzun (7/11/22 kVt) quraşdırılmasına xüsusi endirim əldə edən ilk siz olun! (təxmini icra tarixi: ianə kampaniyasından sonra 1.5 il içində)

1,000 AZN İanə – EV Şarj Cihazın özünə 20% endirim (Bizi erkən dəstəkləyin və kommersiyalaşdırdıqdan sonra “accessible” smart EV şarj qurğumuza (7/11/22 kVt) xüsusi endirim əldə edən ilk siz olun!) (təxmini icra tarixi: ianə kampaniyasından sonra 1.5 il içində)

 

Layihəmin reallaşması üçün siz də öz dəstəyinizi göstərmək istəyirsinizsə aşağıdakı kart hesabına ianə edərək dəstək ola bilərsiniz

Kart hesabı 

Fidan Cavadova 

UniBank

5243 7544 4190 8306

 

Layihə və ya dəstəklə bağlı hər-hansı suallarınız varsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz +994 70 538 64 72

Rəylər

Hələ ki, rəy yoxdur.

Be the first to review “İnnovativ, Universal və “Əlçatan” elektromobil (EV) şarj aləti istehsalı”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ID Ad Email Amount
9558Nam Hoangnamnh.dev@gmail.com
8468
8400
8399gaviasthemes gaviasyourdemo@gmail.com